futbolpress-az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
AFFA-nın Yarışların Təşkili Departamentinin əməkdaşları ilə akademiyalar, təhsil məktəbləri və idman məktəblərinin komandalarının nümayəndələri və koordinatorları arasında görüş keçirilib.
Futbolpress.az xəbər verir ki, AFFA-nın inzibati binasında baş tutan görüşdə liqalarda başa çatmaqda olan mövsüm və 2025/2026-cı illər mövsümünə dair fikir mübadiləsi aparılıb, təkliflər müzakirə olunub.
Klublar tərəfindən təqdim olunan təkliflərin nəzərdən keçiriləcəyi, məqsədəuyğun hesab edilənlərin növbəti mövsüm tətbiqi məsələsinə baxılacağı bildirilib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.