EN

Fransanın keçmiş prezidenti “Fəxri legion” ordenindən məhrum edilib

Bakı. Trend:

2007-2012-ci illərdə Fransa prezidenti olmuş Nikola Sarkozininhəm “Fəxri legion” ordeni, həm də “Şərəf” ordenini geri qaytarmasıtələb edilir.

Trend xəbər verirki, bu barədə məlumat “Rəsmi Qəzet”də dərc olunub.

Qərar Sarkozi barədə məhkəmənin hökmü qüvvəyə mindikdən sonraqəbul olunub. Məhkəmə keçmiş dövlət başçısını korrupsiya ittihamıilə 1 il müddətinə azadlıqdan məhrum edib.

Nikola Sarkozi Fransanın “Fəxri legion” ordenindən məhrum edilənikinci dövlət başçısıdır. 1945-ci ildə isə general Şarl Petenvətənə xəyanət və kollaborasionizmdə ittiham edilərək alimükafatdan məhrum edilmişdi.

Chosen
50
2
az.trend.az

3Sources