EN

İran yenidən İsraili vurdu - 3 ölü, 140 yaralı var - VİDEO

İran ötən gecə yenidən İsrailə hücum edib.

Bizim.Media  xəbər verir ki, İrandan atılan raketlər Təl-Əvivin ətrafı Bat Yam və Rehovot ərazilərinə düşüb.

Zərbələr nəticəsində 3 nəfər ölüb, 140-dan çox insan yaralanıb.

“The Times of Israel” qəzetinin yazdığına görə, raket Bat Yam şəhərində yaşayış binasına düşüb. Dağıntılar altından 60 və 70 yaşlı iki qadının, həmçinin 13 yaşlı uşağın meyiti çıxarılıb.