BAKI, 15 iyun. TELEQRAF
İsrailin müdafiə naziri İsrael Kats ölkəsinin iyunun 15-nə keçən gecə İrana endirdiyi zərbələri iki sözlə izah edib.
Teleqraf xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki hesabında yazıb.
İsrailin müdafiə naziri vəziyyəti şərh edib: "Tehran yanır".
Bir gün əvvəl İsrail Kats ölkənin ali dini lideri Əli Xameneininİsrailə raket hücumlarını davam etdirəcəyi təqdirdə İranın paytaxtı Tehranı yandırmaqla hədələyib. O, münaqişənin qarşı tərəfinin İsrail vətəndaşlarına vurduğu zərərin əvəzini yüksək ödəyəcəyini vurğulayıb.