EN

Mayda 58 şübhəli matç

“United Lotteries for Integrity in Sports” (ULIS) təşkilatı danışılmış oyunlarla bağlı aylıq hesabatı təqdim edib.

"Football-plus.az" xəbər verir ki, mayda 58 şübhəli hadisəyə rast gəlinib. Bu oyunların 54-ü, yəni 93 faizi futbolda qeydə alınıb. Üç görüşə kiberidmanda, bir matça isə basketbolda rast gəlinib. Aprelə müqayisədən şübhəli hadisələrin sayı 124-dən 58-ə kimi azalıb.

Ən çox danışılmış oyun Avropada qeydə alınıb - 21. Bu rəqəm Asiyada 17, Cənubi Amerikada 10, Avstraliya və Okeniyada 9, Afrikada 2, Şimali Ameikada 1-ə bərabər olub. ULIS şübhəli oyunlarla bağlı 6 məlumatı oyundan əvvəl, 28-ni oyunun gedişində, 24-nü isə oyun başa çatandan sonra alıb.

Chosen
43
football-plus.az

1Sources