EN

Daha 36 ölkənin vətəndaşlarının ABŞ-a girişi məhdudlaşdırıla bilər

BAKI, 14 iyun. TELEQRAF

ABŞ daha 36 ölkə vətəndaşlarının ölkəyə girişinə qadağa və ya məhdudiyyət qoymağa hazırlaşır.

Teleqraf xəbər verir ki, “The Washington Post” belə yazıb.

Söhbət Afrikanın 25 ölkəsindən, eləcə də Karib hövzəsi və Mərkəzi Asiya ölkələrindən gedir. Müvafiq siyahı artıq ABŞ Dövlət Departamenti tərəfindən hazırlanıb.

Nəşr bildirir ki, ABŞ dövlət katibi Marko Rubio artıq siyahıya daxil olan ölkələrdə çalışan diplomatlara bu mövzuda memorandum imzalayıb və göndərib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl İran, Əfqanıstan və daha 10 ölkənin sakinlərinin ABŞ-a girişini qadağan edən fərman vermişdi.

Chosen
52
teleqraf.com

1Sources