EN

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Milli Qurtuluş Günü münasibətilə Nyu-Yorkda diaspor üzvləri ilə görüşüb

Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Tofiq Musayev 15 iyun – Milli Qurtuluş Günü münasibətilə Nyu-York və ətraf ərazilərdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri ilə görüşüb.

Görüşdə diplomat Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışıb, Ümummilli Lider Heydər Əliyevin siyasi strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Səfir həmçinin, 44 günlük Vətən müharibəsi, 2023-cü ildə həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası, habelə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşma prosesi barədə danışıb.

Səfir BMT çərçivəsində Azərbaycanın həyata keçirdiyi fəaliyyətdən bəhs edərək beynəlxalq platformalarda ölkənin maraqlarının müdafiəsi istiqamətində görülən işləri qeyd edib.

Görüş çərçivəsində diaspor təşkilatlarının fəaliyyəti yüksək qiymətləndirilib, onların təşəbbüslərinin vacibliyi vurğulanıb, gələcək fəaliyyətləri üçün uğurlar arzulanıb və yeni layihələr ətrafında fikir mübadiləsi aparılıb.

“Report”

Chosen
69
1
ikisahil.az

10Sources