İsrailin İranın paytaxtı Tehrana hücumlarından sonra iki ölkə qarşılıqlı hücumlarını davam etdirir.
İranın paytaxtı Tehranda yenidən partlayış səsləri eşidilir və hava hücumundan müdafiə sistemlərinin cavab verdiyi bildirilir.
İran mətbuatı, İsrail ordusu İranın cənubunda ən böyük təbii qaz yatağı olan Cənubi Parsı vurduğunu açıqlayıb.
Qeyd edək ki, İsrail İranın paytaxtı Tehran, Təbrizə, İsfahanın Natanz bölgəsindəki nüvə obyektinə, Luristan, Kirmanşah, Şiraz, Xuzistan, Həmədan və Qum şəhərlərinə hücumlar təşkil edib.
İsrailin baş naziri Benyamin Netanyahu İrana qarşı hücumların “təhlükə aradan qaldırılana qədər” davam edəcəyini bildirib.
TAHİR