EN

Netanyahudan ŞOK İDDİA: İran iki dəfə Trampı öldürməyə cəhd edib


“İran iki dəfə ABŞ Prezidenti Donald Trampı öldürməyə cəhd edib”.

News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

Netanyahu ingilis dilində yayımlanan videomüraciətində Trampı doğum günü münasibətilə, eləcə də ABŞ ordusunu yaranmasının 250 illiyi münasibətilə təbrik edib. O bildirib ki, İsrailin İrana qarşı hərbi əməliyyatı zamanı məqsəd Yaxın Şərqdə və onun hüdudlarından kənarda azadlığı qorumaqdır.

“Hazırda İran rejimi bizim yaşayış məntəqələrimizi bombalayır. Biz isə terrorçulara qarşı cavab hücumları həyata keçiririk. Bu, ilk deyil. Onlar iki dəfə prezident Trampı öldürməyə çalışıblar. Onlar Amerika səfirliklərinə hücum ediblər. 1983-cü ildə Beyrutda 241 ABŞ dəniz piyadasını qətlə yetiriblər. Onlar İraq və Əfqanıstanda minlərlə amerikalını evdə hazırlanmış partlayıcı qurğularla öldürüb və yaralayıblar. Onlar ABŞ bayrağını yandırır, fasiləsiz şəkildə “Amerikaya ölüm!” şüarları səsləndirirlər”, – deyə Netanyahu bildirib.

Chosen
39
2
news24.az

3Sources