Sabahdan - 15 maydan etibarən klublararası dünya çempionatı start götürəcək.
Offsideplus.az xəbər verir ki, açılış matçı Bakı vaxtı ilə saat 04:00-da "İnter Mayami" və "Əl Əhli" klubları arasında baş tutacaq. Oyun öncəsi FIFA tərəfindən bəzi dəyişikliklər edilib.
Ali futbol qurumu bəzi azarkeşlərin oturacaqlarını daha qarşıya çəkib. Belə ki, tamaşaçı sayının az olmasına görə efirdə oturacaqların boş görünməməsi üçün FIFA belə bir addım atıb.