EN

“Senarilərimi oxuyurlar, deyirlər ki, yaramır, gözüm toxdur, bu hərəkətə dözə bilmirəm” - Xalq artisti+ÖZƏL

“Ömür məsələsini yaradan həll edir. Harada qırıldıq-qırıldıq (gülür). Bu həyatın qanunudur. Dünyadan köçmək hər kəsin alnına yazılıb. Nə qədər ömür yazılıbsa o qədər də yaşayacam. Ona görə də hansısa planlar, əstağfurullah sifarişlərim və s. başqa fikirlərim yoxdur”
 
Bunu Moderator.az -a açıqlamasında tanınmış rejissor, xalq artisti Oqtay Mirqasımov deyib. O daha sonra bir neçə ssenari yazdığını, lakin hələ də onları film halında ortaya çıxara bilmədiyini deyib:
 
“Mənim bir sıra senarilərim var ki, audiovizual formada reallaşdırılmayıb. Sadəcə olaraq yəqin ki, mən iş adamı, biznesmen deyiləm. Sizcə mən kimisə inandırıb deməliyəm ki, mütləq məni istehsalata buraxın və mən filankəsəm, bir sıra filmlərim var, daha çox mükafatlarım var. Bunu hamı bilir. Amma nədənsə maraqlanmırlar. Yəqin ki, nəsə bir məntiq var. Bu məsələlər müəyyən dairələrdə həll olunur. Düşünmürlər ki, Oqtay var da. Bilmirəm bundan əlavə nə etmək lazımdır? Mən sadəcə yazıram və təqdim edirəm. Oxuyurlar, oxumurlar heç bunu da dəqiq demək olmaz. Sadəcə deyirlər ki, yaramır” deyə sənətkar bildirib.
 
Xalq artisti “Şəfiqə Məmmədova və Rasim Balayevlə münasibətləriniz necədir?” sualına belə cavab verib:
 
“Sizin üçün bu çox maraqlıdır? Mənim üçün maraqlı deyil. Qəti! Mən hələ diplomumu da almamışdım, məni kinoittifaqa qəbul etdilər və Moskvada təsdiqlədilər. Mənim gözüm toxdur. Mən bəzi insanların hərəkətinə dözə bilmirəm. Münasibətləri qırıram. Çalışıram ki, ətrafım pak olsun” deyə Oqtay Mirqasımov bildirib.
Chosen
15
moderator.az

1Sources