EN

“Qlobal sabitlik təhdid edilir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Pakistanın Baş naziri Şahbaz Şərif arasında telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, tərəflər İsrailin İrana hücumundan sonra regiondakı durumu müzakirə ediblər.

Ərdoğan İrana hücumların qəbuledilməz olduğunu, bu hücumların regional təhlükəsizliyə ciddi ziyan vurduğunu, yaranmış vəziyyətin qlobal sabitlik və təhlükəsizliyi təhdid etdiyini bildirib.

O eyni zamanda qeyd edib ki, hücumlar İranın nüvə proqramı ilə bağlı kompromis axtarışlarına da zərbə vurub.

Chosen
12
2
qafqazinfo.az

3Sources