EN

Putin Rusiyanın iyunun 22-dən sonra Kiyevlə danışıqları davam etdirməyə hazır olduğunu təsdiqləyib

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla telefon danışığında təsdiqləyib ki, Moskva iyunun 22-dən sonra Kiyevlə danışıqları davam etdirməyə hazırdır.

Bu barədə jurnalistlərə Rusiya liderinin köməkçisi Yuri Uşakov məlumat verib.

"Rusiya tərəfi razılaşdırıldığı kimi, iyunun 22-dən sonra ukraynalılarla danışıqları davam etdirməyə hazır olduğunu bildirib. Donald Tramp bu məlumatı nəzərə alıb və bir daha Rusiya-Ukrayna münaqişəsinə tezliklə son qoyulmasında maraqlı olduğunu qeyd edib", - Kreml sözçüsü bildirib.

İyunun 2-də İstanbulda Rusiya ilə Ukrayna arasında birbaşa danışıqların ikinci raundu baş tutub.

Chosen
17
marja.az

1Sources