Gəncədə 23 yaşlı gənc oğlan sirkə turşusundan zəhərlənib.
"Unikal"ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib. 2002-ci il təvəllüdlü K.Hüseynov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Onun sirkə turşusundan zəhərləndiyi deyilir.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov