Dogru.az saytına istinadən ain.az xəbər verir.
İran hökuməti bildirib ki, İran ordusu lazım bildiyi müddətdə İsrail ərazisinə zərbələr davam edəcək.
TASS xəbər verir ki, bu barədə İran hökumətinin nümayəndəsi Fatimə Mohacerani məlumat yayıb.
“Silahlı qüvvələrimiz lazım bildikcə, bu cavab tədbirləri davam edəcək və hökumət silahlı qüvvələrin qərarlarını tam dəstəkləyəcək”, – bəyanatda deyilir.
Qeyd olunur ki, İran hökuməti ölkənin ali liderini və onun qərarlarını dəstəkləyir.
Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov İsrailin İrana zərbələrini şərh edərkən qeyd etmişdi ki, Britaniya, Fransa və Almaniya vəziyyətin diplomatik yolla həllinə çalışmaq əvəzinə , guya Tehranın “özünü günahlandırır ”.
Rusiya prezidenti Vladimir Putin dünən deyib ki, Moskva İsrailin hərəkətlərini pisləyir.
DOĞRU.AZ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.