EN

Quru ərik satışı qadağan edildi:Bütün rəflərdən yığışdırıldı


ABŞ-da qida təhlükəsizliyi çərçivəsində yeni bir geri çağırma xəbəri gündəmə gəldi. “Floria” brendinə aid 352 qutu quru ərik müəyyən risklərlə əlaqədar olaraq bazardan çıxarılmasına qərar verilib.

Medicina.az xəbər verir ki, ABŞ Qida və Dərman İdarəsi (FDA) tərəfindən edilən açıqlamada sulfitin xüsusilə allergiyası olan şəxslərdə ciddi sağlamlıq risklərinə səbəb ola biləcəyi vurğulanıb.

Şirkət müvafiq məhsulların istehsalını və paylanmasını dayandırdığını açıqlayıb. Eyni zamanda, problemin mənbəyini müəyyən etmək üçün istehsalçı ilə birlikdə hərtərəfli araşdırmaya başlanıldığı açıqlanıb.



Geri çağırma qərarı 440090478-15-333 lot nömrəli məhsulları əhatə edir.

Səlahiyyətlilər bildiriblər ki, bu kodla istehsal edilən ərikləri alan istehlakçılar məhsulu yeməməli və pulunu tam geri almaq üçün onları satın alınan yerə qaytarmalıdırlar.

Aygün
Medicina.az


Chosen
7
1
medicina.az

2Sources