Nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlama verib.
O deyib ki, Azərbaycanda sürücülük vəsiqəsi almaq üçün əsas tələb tibbi müayinədən keçməkdir:
“Ölkəmizdə sürücü namizədinin fiziki və psixoloji sağlamlığı yoxlanılır. Sürücü olmaq üçün əsas meyarlar tibbi arayışın olması və nəqliyyat vasitəsini idarə etmək üçün tələb olunan bilik və bacarıqların imtahanla yoxlanılmasıdır. Amma İQ səviyyəsinə görə imtahana buraxılma kimi bir tələb qanunvericilikdə nəzərdə tutulmayıb və bu, hazırda aktual məsələ deyil. Yəni Azərbaycanda İQ testi əsas şərtlərdən biri sayılmır və sürücülük hüququ üçün belə bir məhdudiyyət tətbiq olunmur”.
Leyla Turan
Demokrat.az