EN

İsrail Müdafiə Ordusu: "Tehran artıq qorunmur, şəhər İsrail zərbələrinə qarşı müdafiəsizdir"

"İsrail Hərbi Hava Qüvvələri İranın qərbində və xüsusilə Tehran bölgəsində hava hücumundan müdafiə sistemlərini sıradan çıxararaq, paytaxt səmasında tam üstünlük qazanıb".

Oxu.Az-ın məlumatına görə, bunu İsrail Müdafiə Ordusunun (SAXAL) rəsmi nümayəndəsi, briqada generalı Efi Defrin brifinqdə deyib.

Onun sözlərinə görə, ötən gecə ərzində İsrailə məxsus 70-dən çox döyüş təyyarəsi Tehrana zərbələr endirib, hücumlar zamanı müasir HHM sistemləri, buraxılış qurğuları və nəzarət mərkəzləri daxil olmaqla 40-dan artıq strateji hədəf məhv edilib.

Chosen
22
4
demokrat.az

5Sources