EN

“İran-İsrail münaqişəsi Ukrayna üçün əlavə risklər yaradır” – Zelenski


“İran və İsrail arasında yeni münaqişə dalğası Ukrayna üçün xüsusilə enerji və təhlükəsizlik baxımından əlavə risklər yaradır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski danışıb.
O vurğulayıb ki, İsrailin İrana zərbələrinin nəticələri artıq nəzərə çarpır: neftin qiyməti qalxıb və bu, Rusiya üçün sərfəlidir. Zelenski əlavə edib ki, ixrac qiymətinə məhdudiyyət tətbiq olunmasa, Rusiya Ukraynaya qarşı müharibə üçün istifadə oluna biləcək əlavə artıq mənfəət əldə edəcək:
“Bu amil bizə qətiyyən kömək etmir. Ona görə də Amerika tərəfi ilə Rusiyanın enerji sektoruna qarşı qiymət məhdudiyyətlərinin tətbiqi və sanksiyaların tətbiqi ilə bağlı danışıqlar zamanı səsimiz daha güclü olacaq”.
Prezident həmçinin neft məhdudiyyətləri və Ukraynaya dəstəyin davam etdirilməsi məsələlərini müzakirə etmək üçün ABŞ ilə, xüsusən də Prezident Donald Trampla yeni təmaslar elan edib.
Zelenskinin sözlərinə görə, İsrailin İran hərbi sənayesinə zərbələrinin nəticələrinin təhlili də vacib olacaq:
“Raket istehsal edən fabriklər həqiqətən də vurularsa, bu, İranın Rusiyaya silah tədarük etmək qabiliyyətinə birbaşa təsir edəcək. Ümid edək ki, müvafiq istehsal və ya Rusiya tərəfinə transfer azalacaq. Bu, Ukraynaya kömək edir”.n
Zelenski Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda Qərbin Ukraynaya yardımının həcminin mümkün azalmasını da qeyd edib:
Chosen
10
4
yeniavaz.com

5Sources