EN

Bərdədə “Son zəng”: Qaradəmirçi məktəbi məzunlarını yola saldı

İyun ayının 14-də Bərdə rayonu F. Sadıqov adına Qaradəmirçi kənd tam orta məktəbində “Son zəng” tədbiri keçirilib.

Tədbir məktəbin XI sinif məzunlarının təhsil həyatına vida mərasimi kimi yaddaqalan anlarla yadda qalıb.

Aznews.az-ın bölgəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, məktəbin həyətində təşkil edilən tədbirdə məktəb rəhbərliyi, müəllim heyəti, valideynlər və qonaqlar iştirak ediblər.

Dövlət himninin səsləndirilməsi ilə başlanan mərasimdə çıxış edən məktəb direktoru Elşad Məmmədov məzunları təbrik edərək onların uğurlu gələcək yolunda əmin addımlarla irəliləyəcəklərinə inandığını bildirib.

Tədbirdə həmçinin məktəbin müəllimləri və valideynlər çıxış edərək məzunlara öz ürək sözlərini çatdırıblar. Natiqlər məktəbin nailiyyətlərindən, şagirdlərin uğurlarından və bu gün onların həyatında yeni mərhələnin başlandığından bəhs ediblər.

Məzunlar da öz növbələrində müəllimlərinə təşəkkür edib, məktəb illərindən bəhs edən xatirələrini bölüşüblər. Onlar “Son zəng” sədaları altında məktəb həyətindən keçərək məktəb illərinə simvolik vida ediblər.

Chosen
30
aznews.az

1Sources