EN

Qazaxıstanda TBNM ə çıxışı olan “Mərkəz Qərb” dəhlizinin tikintisinə başlanılıb

Azertag saytına istinadən ain.az xəbər verir.

Astana, 14 iyun, AZƏRTAC

Qazaxıstanın Kostanay vilayətində strateji əhəmiyyətli “Mərkəz-Qərb” avtomobil dəhlizinin tikintisinə başlanılıb.

AZƏRTAC Qazaxıstanın Baş nazirinin rəsmi informasiya resursuna istinadla xəbər verir ki, yeni avtomobil dəhlizi ölkənin mərkəzi ilə qərbi arasında birbaşa əlaqəni təmin edəcək, həmçinin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (TBNM) çıxış yaradacaq.

Layihənin icrası sayəsində Astana ilə İrgiz kəndi arasında məsafə 573 kilometr qısalacaq. Eyni zamanda, iş iki istiqamətdə - Arkalıq şəhərindən Astana şəhəri istiqamətində və Torqay kəndindən İrgiz kəndi istiqamətində aparılır.

Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çin və Avropa ölkələrini birləşdirir.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
31
1
azertag.az

2Sources