Azərbaycanın MMA döyüşçüsü Vüqar Kərəmov bu gün "Rizin"də növbəti döyüşünə çıxacaq.
Offsideplus.az xəbər verir ki, "Landmark 11" yarışının əsas döyüşündə idmançımız 66 kq. çəki dərəcəsində yaponiyalı Şuya Kimura ilə üz-üzə gələcək.
Məhərrəm Həsənzadə isə yerli idmançı Tatsuya Ando ilə qarşılaşacaq.
Döyüşlər Yaponiyadakı "Manouçi Sekisui Arena"da təşkil ediləcək.