EN

Siyarto: Aİ və Ukrayna Macarıstana zərər vura bilməyəcək

Ursula fon der Leyenin rəhbərlik etdiyi Avropa Komissiyası və Vladimir Zelenskinin rəhbərlik etdiyi Ukrayna Macarıstanı Rusiya neft və qazından kəsərək ona böyük ziyan vurmaq istəyir, lakin ölkə hökuməti buna imkan verməyəcək.

Turkustan.az xəbər verir ki, bu xəbərdarlığı Macarıstanın xarici işlər naziri Peter Siyarto Brüsselin 2027-ci ilin sonuna kimi Rusiyadan Aİ-yə enerji nəqlini tamamilə qadağan etmək təklifini şərh edərkən verib.

Siyartonun sözlərinə görə, ZelenskiAvropa İttifaqını sanksiyalarla, müharibənin davam etdirilməsi ilə, enerji qərarları ilə özünə mümkün qədər çox zərər vurmağa sövq edir, lakin bunun baş verməməsi üçün Macarıstan son nəfəsinə qədər mübarizə aparacaq.

O qeyd edib ki, Avropa Komissiyasının Rusiyadan neft, qaz və atom elektrik stansiyaları üçün nüvə yanacağının alınmasını qadağan etmək planı iyunun 16-da Aİ-nin energetika nazirlərinin Lüksemburqda keçiriləcək görüşündə müzakirə olunacaq. İclasda Macarıstan hökumətində beynəlxalq enerji əməkdaşlığına nəzarət edən Siyarto iştirak edəcək. O, Brüsselin təklifi ilə bağlı deyib: “Bu, hökumətin mübarizə aparacağı qəbuledilməz təklifdir. Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban Lüksemburqda "ciddi döyüş"ün gözlədiyini bildirmişdi.

Aytən Yaşar/ Turkustan.az

Chosen
32
1
turkustan.az

2Sources