EN

Lombard kreditləri: Asan çıxış, ağır nəticələr

Bakı.Trend:

Bu gün vətəndaşlar banklardan kredit əldə etmək imkanına malikolmayanda, yaxud daha tez müddətə kredit əldə etmək istəyəndəlombardlara üz tuturlar. Bəzi hallarda isə vətəndaşlar lombardlartərəfindən aldadılır, yüksək faizlə ödəniş etməyə məcburolurlar.

Mövzu ilə bağlı Trend-ə açıqlama verən iqtisadçı Eyyub Kərimlibildirib ki, bu gün lombard xidmətindən istifadə edən əhalininimkanlarına baxsaq, yalnız bankdan kredit götürə bilməyən təbəqəninmüraciət etdiyini görərik.

Onun sözlərinə görə, müraciət edənlər əsasən rəsmi iş yeriolmayan, kredit tarixçəsi məhdudiyyətli olan insanlardır:

“Ya da gəlirlərini bəyan edə bilməyən insanlara bu yol daha çoxasan olur. Çünki girov əsasında müəyyən vəsait əldə edilir.Sənədləşmə asandır, qısa müddət ərzində proses həll olunur”.

İqtisadşı qeyd edib ki, lakin lombardlar bəzən insanları məyusedir, bəziləri öz öhdəliklərini yerinə yetirmir:

“Bəzi hallarda lombardların iflasa uğraması və yoxa çıxmasımüşahidə olunur. Digər tərəfdən lombardlar riskli kredit ayırantəşkilat olduqlarından banklara nisbətən böyük faizlər təqdimedirlər. Bu da sözsüz ki, bəzi hallarda insanları çətin vəziyyətəsalır. Yaxud şərtlər bankların şərtlərindən çox mürəkkəb və ağırolur. Müəyyən vəziyyətdə insanlar əlavə öhdəliklərə və cərimələrəməruz qalırlar. Bəzən girovların götürülməsində gecikmələr başverir, hətta girovların itirilməsi və mənimsənilməsi halları damüşahidə olunur. Onun üçün də hesab edirəm ki, lombardla hər hansımünasibətlər qurulanda mütləq müqavilə şərtlərini dəqiq oxumaqlazımdır. Həmçinin lombardın fəaliyyətini də yoxlamaq lazımdır,bundan sonra lombard xidmətindən istifadə etmək daha məqsədəuyğunolar”.

İqtisadçı ekspert Eldəniz Əmirov isə Trend-ə bildirib ki,vətəndaşların faizlə borc almaq üçün bir neçə istiqamətdə fürsətivar:

“Bunlardan biri banklar, digəri bank olmayan kredittəşkilatları, üçüncüsü isə lombardlardır. İnsanların lombarda üztutmasının əsas səbəbi şərtlərinin çox bəsit olmasıdır. Şərtlərbəsitdirsə, təbii olaraq faiz də çox olacaq, girov da qiymətliolacaq. Lombardlara o insanlar üz tutur ki, onların sənəddə,girovda, öhdəlik götürməkdə müəyyən problemləri var. Yaxud da bankrisklərin idarəedilməsi baxımından həmin vətəndaşlara kreditvermir. Həmçinin BOKT-lar da eynilə”.

Onun sözlərinə görə, lombardlarda isə fərqli olaraq girovqarşılığında kredit verilir:

“Belə olan halda təbii ki, faiz də yüksək olacaq. Lombardlarınən böyük üstünlüklərindən biri də kreditin zaman baxımından dahatez əldə edilə bilməsidir. Dünyanın elə bir yeri yoxdur ki,lombardlar banklardan daha ucuz kredit verir. Əlbəttə ki,lombardların fəaliyyətini davam etdirməsinin əsas səbəblərindənbiri də yüksək faiz dərəcələridir”.

Məqalədə:
Chosen
22
9
az.trend.az

10Sources