EN

Bu klubun prezidenti etiraf etdi: Ronaldonun agenti ilə danışıb

“Vidad”ın prezidenti Hiçam Ait-Menna Mərakeş klubunun “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo ilə maraqlanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Publika.az xəbər verir ki, Ait-Menna bu barədə “RMC After Afrique”yə deyib.

“Kriştiano Ronaldo bizə pul üçün gəlməzdi, çünki ona ehtiyacı yoxdur. Bu şayiənin necə yayıldığını bilmirəm.

Amma mən təxminən dörd ay əvvəl onun agent dostlarından biri ilə əlaqə saxladım və Ronaldonun Klublararası Dünya Çempionatında oynamaq istəyib-istəmədiyini soruşdum. Dedi ki, mən belə düşünmürəm. Bununla bağlı real danışıqlar olmayıb.

Chosen
37
publika.az

1Sources