EN

Rafael Məhərrəmli “Şamaxı” ilə yeni müqaviləyə imza atdı

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Şamaxı” klubu sağ cinah müdafiəçisi Rafael Məhərrəmli ilə yeni müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə bölgə klubunun mətbuat xidməti məlumat yayıb.

Əyalət təmsilçisi 25 yaşlı oyunçu ilə 1 illik yeni müqavilə imzalandığını bəyan edib. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti bu yaya kimi idi.

Xatırladaq ki, Rafael Məhərrəmli 2021-ci ilin iyulundan “Şamaxı”da çıxış edir. 25 yaşlı futbolçu bu komandanın heyətində meydana çıxdığı 84 oyunda 2 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub.

Rafael dahaöncə “Səbail” və “Zirə”də də forma geyinib, Azərbaycanın U-19 və U-21 yığmalarının uğurları üçün çalışıb.

“Şamaxı” bu yay Rikardo Fernandes, Alfons Msanqa və Abdulla Seydəhmədovla da müqavilənin müddətini uzatdığını açıqlamışdı. Emil Süleymanov, Oruc Məmmədov və Həbib İsmayılovu heyətinə qatmış əyalət təmsilçisi Kamal Bayramov, Brahim Konate, Leroy Mikels, Vasili Bakiç, Vasili Radenoviç, Maykl Tuik, Fəxri Məmmədli, Murad Vəliyev, Rauf Rüstəmli və Cəlal Hüseynovla da yollarını ayırıb.

Chosen
46
arena.az

1Sources