EN

Yaxın Şərqdə münaqişənin yeni mərhələsi: bu dəfəki toqquşma fərqlidir

ain.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Maksim Yali: “Böyük ehtimalla İsrail və İran arasında hərbi əməliyyatlar hələ davam edəcək və genişmiqyaslı olacaq”

“İsrailin İrana raket zərbəsi endirməsi Yaxın Şərqdə münaqişənin yeni mərhələsinib başladığını göstərir. ABŞ Prezidenti Donald Tramp Rusiya diktatoru Vladimir Putinin vasitəçiliyi ilə İranın nüvə proqramı ilə bağlı razılığa gəlməyə cəhd etsə də, bu, baş tutmadı. İndi Tehran hesab edir ki, İsrailin zərbələri ABŞ-ın üstüörtülü razılığı ilə həyata keçirilib. Axı Tramp bir tərəfdən bu zərbələri dəstəkləmədiyini bəyan edib, digər tərəfdən isə əvvəllər İranın nüvə silahı əldə etməsinin qəbuledilməz olduğunu bəyan edib. Müvafiq olaraq, bu, İranın nüvə proqramı ilə bağlı ABŞ-la danışıqlarının dayandırılması ilə nəticələndi”. Bu sözləri Ukrayna Siyasi Elmlər Akademiyasının akademiki, politoloq Maksim Yali Yaxın Şərqdə baş verənlərlə bağlı yazdığı analitik məqaləsində qeyd edib.

Ekspert hesab edir ki, böyük ehtimalla İsrail və İran arasında hərbi əməliyyatlar hələ davam edəcək və genişmiqyaslı olacaq: “Bu dəfə əvvəlkilərdən fərqlidir. Xüsusilə də İsrailin Baş naziri Benyamin Netanyahu artıq münaqişənin uzanacağını bəyan edib. İranın da İsrailə cavab zərbələri endirdiyi göz qabağındadır. İranın ali elitasında olan şəxslərdən bir neçəsinin öldürüldüyünü nəzərə alsaq, təbii ki, bir neçə silsilə zərbələr olacaq. Belə olan halda, İsrailə yardım ediləcəyi məlumdur. Məsələn, raket hücumlarını dəf etmək üçün yardım edilir. Söhbət ABŞ-ın köməyindən gedir. Həmçinin ola bilsin bu müharibədə İsrailə bəzi Avropa dövlətləri də yardım etsin. Hamısı ona görə demirəm ki, çoxları İsraili Qəzza əməliyyatına görə tənqid edir”.

“Raket zərbələrini, zərbələrin mübadiləsini gözləməliyik. Axı heç kim münaqişəli orduların öz ərazisindən keçməsinə icazə verməyəcək - nə İraq, nə də Suriya. Çünki bu, müharibədə iştirak demək olacaq”, - deyə qeyd edib.

Yali İsrail-İran qarşıdurmasının Rusiya-Ukrayna müharibəsinə təsirləri barədə də yazıb. Onun sözlərinə görə, neftin qiymətinin qalxması Rusiyanın gəlirlərinin artmasına səbəb olacaq: “Müvafiq olaraq, Kremlin Rusiya-Ukrayna müharibəsini maliyyələşdirmək üçün daha çox resursu olacaq. Eyni zamanda, təəssüf ki, biz qısa müddətdən danışmırıq. Bir neçə aydır davam edən neftin qiymətinin düşməsi ABŞ-ın Rusiyanı danışıqlar masasına oturmağa məcbur etmək rıçaqlarından biri idi. İndi neftin qiyməti məsələsi ortadan qalxır. Ona görə də yaxın aylarda, yayda Ukraynada müharibənin dondurulmasından danışmağın mənası yoxdur. Çünki müharibə dayanmayacaq, Rusiya “yay hücumunu” davam etdirəcək”.

“Kiyev üçün ikinci mənfi məqam diqqəti yayındırmaqdır. Bu mənada eskalasiya səviyyəsinin yüksəldilməsi riskləri dünya ictimaiyyətini İsrail-İran münaqişəsində baş verənləri daha diqqətlə izləməyə məcbur edəcək. Daha bir məsələ isə odur ki, ola bilsin ki, Yaxın Şərqdəki eskalasiya Ağ Ev administrasiyasının Ukraynaya hərbi yardımın müddətini uzatmamaq üçün daha bir səbəb olacaq. Düzdür, indi Ukraynaya verilməsi üçün yeni silah və sursat paketləri qəbul edilmir. Lakin Bayden administrasiyası dövründə əvvəllər qəbul edilmiş yardım paketləri səbəbindən hələ də yardımlar alırıq ki, indi bu yardımı azalda bilərlər”, - deyə Yali məqaləsini narahatlıqla bitirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
18
ayna.az

1Sources