EN

Ermənistanın ümidi Türkiyə və Azərbaycanadır Təhlil

Sfera.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Praqada səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan və Azərbaycan mətni artıq razılaşdırılmış sülh sazişinin imzalanması üçün məsləhətləşmələr aparır.

Paşimyanın bu açıqlaması ilə bağlı mövcud vəziyyəti Sfera.az-a şərh edən verən politoloq Kənan Novruzov bildirib ki,  İkinci Qarabağ müharibəsinin nəticəsində Azərbaycan ərazi bütövlüyünü təmin etməsindən sonra regionda yeni reallıq yaranıb. 

Onun sözlərinə görə, Rəsmi Bakının müəllifi olduğu bu  reallıqlar bölgədə sülh və sabitliyin, əməkdaşlıq mühitinin təmin olunmasını şərtləndirir. Bunun üçün Azərbaycanın bir neçə şərti var:

"Birincisi, Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən Ermənistan konstitusiyasının dəyişdirilməsi. İkincisi, artıq “ölü” quruma çevrilən və gələcək regionda yenidən “suların bulanmasına” şərait yarada biləcək ATƏT-in Minsk Qrupunun ləğvi, bununla bağlı rəsmi İrəvanın müraciəti. Həmçinin azərbaycanlıların Qərbi Azərbaycana qayıdış hüququnun təmin olunmasına əngəl yaratmaq sülh prosesini çətinləşdirir.

Bu şərtlər yerinə yetirilmədən sülh sazişinin imzalanması çətindir".

K.Novruzovun fikrincə, bu gün sülh Azərbaycandan çox Ermənistana lazımdır:

"Rəsmi Bakı artıq öz ərazi bütövlüyünü təmin edib. Üstəlik, müstəqil xarici siyasət yeridir. İrəvan isə Rusiya ilə Qərb arasında qalıb. Rusiya-Ukrayna müharibəsi başa çatandan sonra Ermənistan və Paşinyan hakimiyyətinin işi daha çətin olacaq. Ermənistan üçün risklər günü-gündən artır. 

Belə bir vaxtda Azərbaycan və Türkiyə Ermənistan üçün “təhlükəsizlik çətiri” ola bilər. Amma gərək İrəvan hər iki strateji müttəfiqlə bağlı konstruktiv mövqe ortaya qoysun".

Siyasi şərhçi nəzərə çatdırıb ki, Paşinyan daha çox vaxt qazanmağa çalışır:

"Çox güman o, 2026-cı ildə ölkədə keçiriləcək prezident və parlament seçkilərinin nəticəsini gözləyir. 

Əlbəttə, Paşinyan həm də xalqı sülh prosesinə hazırlamağa çalışır. Onun bu istiqamətdəki səyləri müşahidə olunur. Lakin baş nazir nəzərə almalıdır ki, onun vaxtı o qədər də çox deyil. Zaman Ermənistanın əleyhinə işləyir. Odur ki, Paşinyan qulağa xoş gələn bəyanatlar vermək əvəzinə, konkret addımlar atmalı, siyasi iradə ortaya qoymalıdır".

Firuzə Əliyeva

Sfera.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
44
1
sfera.az

2Sources