EN

Paraşütlərin uçuşduğu, ayaqların yerdən üzüldüyü, adrenalin dolu Şahdağ dan REPORTAJ

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Yay mövsümündə insanlar vaxtlarının böyük hissəsini istirahətə sərf etməyə çalışırlar. Bəziləri bunu xarici ölkələrdə, bəziləri isə Azərbaycanın rayonlarında reallaşdırırlar.

Ölkəmizdə yay turizmi olduqca populyardır. Yay aylarında rayonlarda çoxlu əcnəbi və yerli turistləri görmək mümkündür. Artıq Azərbaycanda yay turizm mövsümünə start verilib.

Oxu.Az xəbər verir ki, bu məqsədlə "Şahdağ" Turizm Mərkəzinə mediatur təşkil olunub.

Jurnalistlər mediatur zamanı turizm mərkəzində yaradılan şəraitlə tanış olublar.

Mediaturda jurnalistlərə açıqlama verən "Şahdağ" Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov yay mövsümü ilə əlaqədar ərazidə və hotellərdə mövcud infrastrukturun təkmilləşdirildiyini, yenidənqurma və bərpa işlərinin aparıldığını, o cümlədən kanat xətlərinin, qonaqlara təklif olunan əyləncə növlərinin və atraksionların texniki baxışdan keçirilərək hazır vəziyyətə gətirildiyini qeyd edib.

"Şahdağ" Turizm Mərkəzində müxtəfil növ atraksionlar var. Yerli və əcnəbi turistlərin bəziləri paraşütlə tullanır, bəziləri kvadrasikl sürür, digər qismi isə möhtəşəm kanat yolundan istifadə edirlər. Burada uşaqlar üçün də xüsusi istirahət zonası mövcuddur.

Sədr, həmçinin turizm mərkəzində atraksionların sayının 40-a çatdırıldığını qeyd edib.

O, paralel olaraq, gələn ilin mart ayında "Şahdağ"da keçiriləcək Xizək Alpinizmi üzrə Avropa Çempionatı və Dünya Kuboku yarışları ilə bağlı infrastruktur işlərinə başlanıldığını, yeni 10 km-lik xizək yolunun inşasının aparıldığını, bununla yanaşı, bu ilin sonuna 124 nömrəlik yeni "Lakeside" hotelinin istifadəyə verilməsinin nəzərdə tutulduğunu bildirib.

Rüstəm Nəcəfov kompleksin inkişafının və genişləndirilməsinin mərhələli şəkildə həyata keçirildiyini və aparılan işlərin davamlı xarakter daşıdığını bildirib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında Azərbaycana səfər edən əcnəbi qonaqların sayı 979 963 nəfər təşkil edib.

Daha çox foto burada: PhotoStock.az

Samir İsayev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
47
oxu.az

1Sources