EN

Gözlənilməz maqnit qasırğası Yerə çırpıldı – alimlər çaşqınlıq içində!

Gözlənilməz

Alimlər bildirirlər ki, planet vaxtından əvvəl 2-3 günlük turbulentlik zonasına daxil olur. Meteohəssas insanlar baş ağrıları və ümumi halsızlıqdan şikayət edə bilərlər. Günəş yenə də təəccübləndirir. İyun ayının əvvəlində 150 min kilometrlik nəhəng protuberansın atılması ilə bizi qorxutmuşdu. Bunun ardınca Yer kürəsinin maqnitosferi 66 saat ərzində titrəmişdi — bu, 2017-ci ilin aprelindən bəri ən uzun fasiləsiz geomaqnit pozuntusu seriyası idi. İndi isə səbəbi elmə məlum olmayan yeni bir qasırğa baş verir. 3 iyun 2025-ci ildə NASA-nın Günəş Dinamikası Rəsədxanası (SDO) Günəşin səthində nadir bir hadisə — plazma divarı qeydə almışdı. Bu, Günəşin mütəmadi olaraq kosmosa, o cümlədən Yerə doğru atdığı ionlaşdırılmış qazdır. Amma bu dəfə plazma xaotik deyil, divar formasında düzülmüşdü. 12 iyun axşam saatlarından etibarən Yer üzərində izaholunmaz maqnit qasırğası başladı. Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Sibir bölməsinin Günəş-Yer fizikası institutu məlumat yaydı:“Hadisənin G2.3 səviyyəsi orta göstəricidən yüksəkdir və enerji sistemlərinə, radio siqnallarına təsir göstərə biləcək həddi keçir. Qasırğanın səbəbləri hələ ki, məlum deyil.”Alətlər plazma sıxlığının artdığını və Günəşi əhatə edən Günəş küləyində maqnit sahəsinin gücləndiyini göstərib. Ən qəribəsi isə budur ki, qasırğanın əsas xəbərçisi olan yüklü hissəciklərin sürəti norma daxilində qalıb. Bu isə elm üçün bir sirrə çevrilib.Adətən belə qasırğalar Günəş tacından çıxan kütlə atılmaları və ya yüksək sürətli Günəş küləkləri səbəbindən baş verir. Amma bu dəfə sürət dəyişməyib, ancaq plazma sıxlığı və maqnit sahəsinin gərginliyi gözlənilmədən artıb. Alimlər güman edirlər ki, Yer hazırda tac boşluğunun (koronal dərə) kənarında sıx maddə ilə qarşılıqlı təsirə girib. Bu dəlik hazırda Günəşin cənub yarımkürəsində açıq şəkildə müşahidə olunur. Laboratoriyanın rəhbəri, fizika-riyaziyyat elmləri doktoru Sergey Boqatyov deyir:“Tac boşluqları içərisində plazma adətən seyrək olur, amma onların sərhədlərində sıxlıq sıçrayışla arta bilər. Əgər bu doğrudursa, onda Günəş küləyinin sürəti qrafikdən əvvəl – artıq 13 iyun tarixində artmağa başlaya bilər.” Bəs deyilirdi ki, aktivlik zirvəsi keçib?Elmi mühitdə may ayının nəticələri əsasında indiki Günəş aktivliyi dövrünün maksimumunun artıq keçdiyi və növbəti pik mərhələnin yalnız 2034–2036-cı illərdə gözlənildiyi qeyd olunurdu.Lakin reallıqda Günəş hələ də sakitləşmək niyyətində deyil.Ulusum.az

Diqqət Çəkənlər

Ərdoğandan sərt ittiham: Netanyahunun administrasiyası bölgəni fəlakətə sürükləyir

Trampın İsrailin İrana zərbəsindən xəbəri vardı

"Çox Gözəl Hərəkətlər"in aktyoru intihar astanasında - FOTO

Chosen
34
ulusum.az

1Sources