EN

Zelenski İsrailin İrana hücumu barədə: Bu, Ukraynaya da köməkdir

BAKI, 14 iyun. TELEQRAF

“İsrail ordusunun İranın hərbi sənayesinə endirdiyi zərbələrin ətraflı təhlilinə ehtiyac var”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Onun sözlərinə görə, ölkəsinə qarşı müharibə aparan Rusiya silah-sursat tədarük edən İranın hərbi sənayesinə zərbələrin vurulması Ukraynanın xeyrinə ola bilər.

“Əgər İranın silah tədarükü baxımından rusların müttəfiqi olduğunu nəzərə alsaq, o zaman “Şahid” dronları və raket istehsalı müəssisələrinə, eləcə də digər obyektlərə ciddi zərbələr endirilibmi? Bu barədə çox deyilib, həqiqətən də İranla Rusiya arasında danışıqlar aparılıb. Ümid edək ki, müvafiq istehsal və ya ruslara tədarük azalacaq. Bu, Ukraynaya kömək edərdi”, - Zelenski vurğulayıb.

İsrail-İran qarşıdurmasının Ukrayna üçün mənfi nəticələrinə gəlincə, prezident qeyd edib ki, bu durumda neftin qiymətinin və ABŞ-nin Təl-Əvivə hərbi yardımın artması Kiyevin maraqlarına uyğun gəlmir.

Chosen
32
teleqraf.com

1Sources