EN

Jurnalist övladları üçün də “Son zəng” çalındı - FOTOLAR

Bu gün Azərbaycanda 2024-2025-ci tədris ili başa çatır və bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalınır. 

Bu il respublikada ümumi təhsil müəssisələrinin XI sinifləri üzrə 113 min nəfərə yaxın şagird məzun olur. Onlardan 33 517 nəfəri Bakıdakı məktəbləri bitirir.

Modern.az-ın məlumatına görə, məktəblərin “Son zəng”lə yola saldığı məzunlar arasında bəzi jurnalistlərin övladları da var. Ənənəmizə sadiq qalaraq, bu il də məzun olan həmkarlarımıza diqqətlə yanaşdıq.

“Bakivaxtı.az” saytının baş redaktoru Qalib İbrahimoğlunun övladı Murad Məmmədli də Bakı Türk Liseyini bitirib.

“Bizimyol.info” saytının əməkdaşı İradə Cəlilin oğlu Səməd Əlizadə 11-ci sindi 212 nömrəli məktəbdə başa vurub.

"Matc.az" saytının baş redaktoru İxtiyar Əsgərovun qızı Kifayət Əsgərova 162 saylı orta məktəbdən məzun olub. Kifayətin arzusu Bakı Dövlət Universitetinə qəbul olunmaqdır.

“Yenicag.az” saytının direktoru Aqil Ələsgərin oğlu Amin Fərəcov üçün də bu gün son zəng çalınıb.

"Aznews.az”ın baş redaktoru Taleh Şahsuvarovun oğlu Özgür Şahsuvarlı məzun adını 49 saylı "İntellekt" məktəb-liseydən qazanıb. Özgürün hədəfi bu il ali məktəb tələbəsi olmaqdır.

"Unikal.az”ın redaktoru Hüseyn İsgəndərovun oğlu Rəvan İsgəndərli də orta məktəblə vidalaşıb. Onun üçün indi əsas məsələ ali məktəb tələbəsi adını qazanmaqdır.

"CBC Sport" telekanalının aparıcısı Pərviz Musayevin oğlu Osman Musayev 160 saylı Klassik Gimnaziyadan məzun olub.

Dövlət Məşğulluq Agentliyinin Kommunikasiya departamentinin müdiri Mayis Musayevin oğlu Məhəmməd Musayev də elə həmin ümumtəhsil ocağını - 160 saylı Klassik Gimnaziyanı başa vurub.

İqtisadiyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı İlkin Ağayevin oğlu Turqay Ağayev bu il orta məktəbə "əlvida" deyən məzunlardandır.

"Azedu.az" təhsil portalının redaktoru Ləman Novruzovanın qardaşı 11-ci sinifdən məzun olub.

"Bakivaxtı.az” xəbər portalının təsisçisi İqbal Alısoyun iki övladı - Duyğu Alısoy və İsmayıl Alısoy orta məktəbi başa vurublar.

"Qafqazinfo.az" saytının redaktoru Gülşən Raufqıznın övladı Gülnur məzun adını qazanmaqla valideynlərinə sevinc yaşadıb. "Bu gün göz yaşlarım sel olub axdı bu qız üçün. Ömrümdə ilk dəfə danışmağa bu qədər çətinlik çəkdim. Yolun, bəxtin açıq olsun, gözəl balam!", - deyə həmkarımız övladı barədə sevincini bölüşüb.

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, mədəniyyət yazarı, kino araşdırmaçısı, prodüser Vasif Ayanın qızı Ayan da bu gün "Son zəng" mərasiminin sevincini yaşayan məzunlar arasındadır.

"Bizimmedia.az" saytının rəhbəri Anar Tahirovun oğlu Fuad bu gün orta məktəbi bitirən minlərlə gəncdən biridir. Həmkarımız oğlunun məzun olmasına reaksiyasını belə ifadə edib: "Əziz məzunlar, bu gün sizlər üçün qürur, sevinc və bir az da həyəcan doludur. Qarşınızda sizi gözləyən uzun bir yol var. İnanıram ki, bilik və zəhmətinizlə bu yolu uğurla gedəcək, ailənizi, müəllimlərinizi və Vətənimizi daim qürurlandıracaqsınız. Hər bir məzunumuzu təbrik edir, sağlam, uğurlu bir gələcək arzulayıram. Məzun 2025 – yolunuz açıq, uğurunuz bol olsun!"

"Səs" qəzetinin əməkdaşları Lalə Mehralı və Elçin Bayramov cütlüyünün oğlu Altay 162 nömrəli tam orta məktəbdən məzun olub.

Azərbaycan Beynəlxalq Bankının Mətbuat xidmətinin rəhbəri Yadigar Cəfərli də məzun atası kimi bu gün sevinən jurnalistlərdəndir. 

"Cebheinfo.az"

Chosen
91
8
cebheinfo.az

10Sources