EN

Hacıağa Hacılı “Zirə” ilə yeni müqaviləyə imza atdı

Azərbaycan Premyer Liqasında 2024/2025-ci illər mövsümünün gümüş mükafaçısı “Zirə”də Hacıağa Hacılı ilə yeni müqavilə imzalanıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 27 yaşlı dayaq yarımmüdafiəçisinin müqaviləsinin müddəti uzadılıb. Hacıağa klubu ilə 2 illik yeni müqavilə bağlayıb.

Xatırladaq ki, Hacıağa Hacılı 2020-ci ildən “Zirə”nin formasını geyinir. O, geridə qalmış mövsümdə meydana çıxdığı 22 oyunda fərqlənə bilməyib. 27 yaşlı yarımmüdafiəçi “Zirə”nin heyətində bütövlükdə 125 oyun keçirib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

“Qəbələ”nin yetirməsi olan Hacıağa karyerası ərzində bu klubun və “Qarabağ”ın da formasını geyinib. O, Azərbaycanın U-17 və U-21 yığmalarında da oynayıb.

“Zirə” daha öncə Ruan Renato, İsmayıl İbrahimli və Anar Nəzirovla da yeni müqavilə imzalandığını açıqlamışdı. Brahim Konate və Yeqor Boqomolskini heyətinə qatmış qəsəbə təmsilçisi Rüstəm Əhmədzadə, Məqsəd İsayev və Pyer Zebli ilə də yollarını ayırıb.

Chosen
69
arena.az

1Sources