EN

Ceyhun Bayramov ilə Seyid Abbas Ərağçi arasında telefon danışığı baş tutub

Bakı. Trend:

14 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xariciişlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xariciişlər naziri Seyid Abbas Ərağçi arasında telefon danışığı baştutub.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, telefondanışığı zamanı, İsrailin İran ərazisinə qarşı başladığı əməliyyatnəticəsində yaranmış vəziyyət müzakirə olunub.

İran İslam Respublikasının xarici işlər naziri İsrail Dövlətitərəfindən həyata keçirilmiş hücum, eləcə də İran tərəfindən atılanaddımlar barədə məlumat verib.

Nazir Ceyhun Bayramov bölgədə vəziyyətin gərginləşməsindənnarahatlıq ifadə edib. İran İslam Respublikasının SilahlıQüvvələrinin Baş Qərargah rəisi, digər rəsmi şəxslərin və İranvətəndaşlarının həlak olması ilə bağlı başsağlığı diləkləriniçatdırıb. Nüvə obyektlərinin ətrafında mövcud vəziyyətin narahatlıqdoğurduğu vurğulanıb. Mövcud problemləri yalnız beynəlxalq hüququnnorma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarlahəll etməyin vacib olduğu diqqətə çatdırılıb.

Bununla yanaşı, Azərbaycan ərazisinin hər hansı bir ölkətərəfindən üçüncü ölkəyə, o cümlədən, qonşu və dost İrana qarşıistifadə edilməsinin mümkün olmadığı vurğulanıb.

İranın hava məkanının bağlı olduğu nəzərə alınaraq, Azərbaycanınquru sərhədindən istifadə etməklə müxtəlif ölkələrin və İranınnümayəndələrinə keçid üçün şərait yaradıldığı barədə məlumatverilib.

Münaqişənin geniş bölgəyə yayılması təhlükəsini nəzərə alaraq,diplomatik səylərin bərpa edilməsinin əhəmiyyəti bir daha qeydolunub.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digərməsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Chosen
28
39
az.trend.az

4Sources