EN

"Biz özümüzü Yaxın Şərqdən gələ biləcək yeni sunamilərə hazırlamışdıq” - Hikmət Hacıyev

Azərbaycan özünü sanksiyalar altında olan qonşularına qarşı mümkün ssenarilərə hazırlayıb.

Redaktor.az "Report"a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “GLOBSEC 2025” forumunda “Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi Strateji Keçid?” mövzusunda keçirilən paneldə danışıb.

O qeyd edib ki, bir tərəfdə Rusiya-Ukrayna müharibəsi, digər tərəfdə isə İsrail-İran hərbi qarşıdurması mövcuddur:

“Biz bunu gözləyirdik və özümüzü müəyyən mənada Yaxın Şərqdən gələ biləcək yeni sunamilərə, eləcə də sanksiyalar altında olan qonşularımıza qarşı mümkün ssenarilərə hazırlamışdıq”.

Chosen
20
19
redaktor.az

10Sources