EN

Nərimanov rayonunda quldurluq edən şəxs saxlanıldı

BAKI, 14 iyun. TELEQRAF

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində paytaxt sakini olan bir nəfərə qarşı quldurluq etməkdə şübhəli bilinən 35 yaşlı Füzuli Rzayev saxlanılıb.

Teleqraf-ın xəbərinə görə,o, gecə saatlarında yolda qarşılaşdığı zərərçəkənə fiziki zor tətbiq edərək pul vəsaitini və digər qiymətli əşylarını ələ keçirib.

Daha sonra F.Rzayev zərərçəkmişin telefonundakı mobil tətbiq vasitəsilə onun bank kartındakı 1200 manatı da öz hesabına köçürüb.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

Chosen
28
10
teleqraf.com

7Sources