EN

İsrail İranın daha 2 generalını öldürüb Rəsmi açıqlama

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

İsrailin İrana qarşı həyata keçirdiyi son hava hücumlarında iki yüksək rütbəli İran hərbçisinin öldürüldüyü rəsmən təsdiqlənib.

"AzPolitika" xəbər verir ki, hücumlarda İran Baş Qərargahının əməliyyatlar üzrə rəis müavini general Mehdi Rəbbani və kəşfiyyat rəhbəri General Qulam Rza Mehrabi İsrailin endirdiyi zərbələr nəticəsində qətlə yetirilib. 

Hərbi mənbələrin məlumatına görə, hücum İranın daxili hissəsində yerləşən strateji qərargaha qarşı həyata keçirilib.

İran Baş Qərargahından verilən yazılı açıqlamada, "General Qulam Rza Mehrabi və general Mehdi Rəbbani vəzifəsini yerinə yetirərkən İsrailin xain hücumu nəticəsində şəhid oldular. Bu itkilər İranın müqavimət əzmini daha da gücləndirəcək" ifadəsi işlədilib.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
41
azpolitika.info

1Sources