EN

Rusiyanın xalq artisti Azərbaycana təşəkkür edib

AzVision.az xəbər verir ki, bu gün Astara sərhəd-keçid məntəqəsindən Azərbaycan ərazisinə keçənlər arasında Rusiyanın xalq artisti və rejissoru Fyodr Bondarçuk da var.

Bondarçuk İrandan təxliyəsinə göstərilən yardıma görə Astarada jurnalistlərə müsahibəsində Azərbaycan dövlətinə minnətdarlığını bildirib.

“Bizə yaradılan şəraitə və Azərbaycan ilə İran arasında sərhədi keçməyimizdə göstərilən yardıma görə təşəkkürümüzü bildiririk. Həmçinin bizim qrupumuza göstərilən köməyə və diqqətə görə minnətdarıq”, - rusiyalı xalq artisti və rejissor deyib.

Təxliyə edilən şəxslər üçün çay süfrəsi təşkil olunub. Eyni zamanda, səhhətində problem yarana biləcək şəxslərin vaxtında tibbi yardım alması məqsədilə təcili tibbi yardım avtomobili və peşəkar həkim briqadası əraziyə cəlb edilib. Təhlükəsiz və rahat şəkildə daşınmalarını təmin etmək üçün xüsusi avtobuslar ayrılıb.

AzVision.az
Chosen
28
3
azvision.az

4Sources