EN

İsrail İranı necə aldadıb? Detallar açıqlandı

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

"The Jerusalem Post” İsrailin zərbədən əvvəl Tehranı necə aldadıldığına dair məqalə dərc edib.

Məqalədə qeyd olunur ki, İsrail Tehranın anlamaması üçün qəsdən cümə axşamı gecəsi təhlükəsizlik kabinetinin üzvlərini girovlarla bağlı danışıqların müzakirəsinə çağırıb. İclasda nazirlər yekdilliklə hərbi əməliyyatı təsdiqləyiblər.

Netanyahunun köməkçiləri jurnalistlərə bildiriblər ki, o, ailəvi tətil etməyi planlaşdırır və gələn çərşənbə axşamı oğlunun toyunda iştirak edəcək . Bununla da heç bir böyük hərbi əməliyyatın olmayacağı təəssüratı yaradılıb.

Netanyahu  həmçinin İsrail nümayəndə heyətinin İran-ABŞ nüvə məsələsi ilə bağlı danışıqlar aparmaq üçün Trampın elçisi Vitkoff ilə görüşmək üçün cümə günü Vaşinqtona gedəcəyini iddia edən bir bəyanat verib. Əslində isə nümayəndə heyəti heç yerə getməyib.

"The New York Times" qəzeti isə yazır ki, İran bir həftədən artıqdır ki, ABŞ ilə nüvə danışıqları uğursuz olarsa, İsrailin hücumuna hazırlaşırdı. Lakin bu bazar günü Omanda keçirilməsi planlaşdırılan danışıqların növbəti raundundan əvvəl İsrailin zərbə endirəcəyini heç kəs gözləmirdi.

Zərbə gecəsi İranın yüksək rütbəli hərbi komandirləri təhlükəsiz yerdə sığınmayıb, öz evlərində qalıblar. İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə və onun yüksək rütbəli heyəti bir yerdə toplaşmaq barədə göstərişi pozub. Onlar Tehrandakı hərbi bazada fövqəladə müharibə toplantısı keçiriblər və İsrail bazaya zərbə endirən zaman öldürülüblər.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
52
azpolitika.info

1Sources