EN

Azərbaycan nefti 4 dollardan çox bahalaşıb

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 14 iyun, AZƏRTAC

Dünya birjalarında Azərbaycan nefti bahalaşıb.

AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 4,19 dollar və ya 5,7 faiz artaraq 77,64 dollar olub.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
66
3
azertag.az

10Sources