EN

Quti Arda Gülerdən DANIŞDI: Başqa komandada olsaydı...

ain.az bildirir, Milli.az portalına istinadən.

"Real Madrid"in əfsanəvi yarımmüdafiəçilərindən olan Xose Mariya Qutyerrez (Quti) Arda Güler ​​haqqında diqqətçəkən açıqlamalar verib.

Milli.Az  xəbər verir ki, gənc istedadı "ona ən çox oxşayan oyunçu" kimi xarakterizə edən Quti Gülerə güvəndiyini bildirib.

Quti Arda Gülerin böyük bir klubda oynamağın çətinliklərini yaşadığına işarə edib:

"Ümid edirəm ki, onun karyerası mənimkindən daha yaxşı olacaq. Keyfiyyət, istedad, son ötürmə və qol baxımından mənə ən çox bənzəyən oyunçudur. O, çox gəncdir və çətin klubda böyüyür. Başqa komandada olsaydı, daha çox oyun vaxtı olardı. Sadəcə Madriddə məşq etmək onu təkmilləşdirəcək", - Quti vurğulayıb. /Oxu.Az

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
17
3
news.milli.az

4Sources