EN

AMİP Güney Azərbaycan ərazilərinin hədəfə alınmasından narahatdır

İsrail Dövləti tərəfindən İran İslam Respublikasının ərazisinə qarşı həyata keçirilmiş hərbi əməliyyatlar ciddi şəkildə narahatlıq doğurur. İsrilin Azərbaycanla tərəfdaş İranın isə qonşu dövlət olması və ən əsası da İranda 40 milyona yaxın soydaşımızın yaşaması bu narahatlılığı daha da artırır.
 
Azərbaycan Milli İstiqlal Partiyası olaraq vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq məqsədilə diplomatik yollarla təmasların və müvafiq beynəlxalq mexanizmlər çərçivəsində səylərin davam etdirilməsinin əhəmiyyətli olduğunu vurğulamaqla yanaşı hərbi əməliyyatlar zamanı mülki əhalinin və obyektlərin hədəfə alınmasının da yolverilməz olduğunu bəyan edirik. 
 
Azərbaycan Milli İstiqlal Partiyası İsrail tərəfindən xüsusilə də Cənubi Azərbaycan ərazilərinin, Təbrizin və digər şəhərlərin hədəfə alınmasından, soydaşlarımızın bundan zərər görməsindən dərin narahatlılığını ifadə edərək tərəfləri mövcud fikir ayrılıqlarını yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həll etməyə çağırır.
Chosen
17
1
moderator.az

2Sources