Bu gün rusiyalı rejissor Fyodr Bondarçuk başda olmaqla, bir qrup Rusiya vətəndaşı İrandan Azərbaycana təxiyyə olunub.
Yenisabah.az fontanka-ya istinadla xəbər verir ki, o, İranda Arkadi və Boris Struqatski qardaşlarının “Tanrı olmaq çətindir” hekayəsi əsasında serialın çəkilişlərini aparıb.
İyunun 13-də günortadan sonra çəkiliş qrupu fəaliyyətini dayandırıb.
Bundan əvvəl, iyunun 11-də İranda çəkiliş qrupuna mədəniyyət naziri Olqa Lyubimova baş çəkib. O, İranın İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının rəhbəri Məhəmməd Mehdi İmanipur ilə ikitərəfli görüş keçirib.
Bu ərəfədə qonşu ölkədə Rusiya Mədəniyyəti Günləri keçirilib.
Telegram kanalımız