EN

Jurnalist övladları üçün də “Son zəng” çalındı - FOTOLAR

Bu gün Azərbaycanda 2024-2025-ci tədris ili başa çatır və bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalınır.  Bu il respublikada ümumi təhsil müəssisələrinin XI sinifləri üzrə 113 min nəfərə yaxın şagird məzun olur. Onlardan 33 517 nəfəri Bakıdakı məktəbləri bitirir.


Manset.az Modern.az-a istinadən xəbər verir ki, məktəblərin “Son zəng”lə yola saldığı məzunlar arasında bəzi jurnalistlərin övladları da var.


Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyevin qızı Gülcan üçün son zəng Bakı Türk Liseyində səslənib. Gülcanın arzusu tibb sahəsində təhsil almaq, həkimlik peşəsinə yiyələnməkdir.



“Bakivaxtı.az” saytının baş redaktoru Qalib İbrahimoğlunun övladı Murad Məmmədli də Bakı Türk Liseyini bitirib.


“Bizimyol.info” saytının əməkdaşı İradə Cəlilin oğlu Səməd Əlizadə 11-ci sindi 212 nömrəli məktəbdə başa vurub.


"Matc.az" saytının baş redaktoru İxtiyar Əsgərovun qızı Kifayət Əsgərova 162 saylı orta məktəbdən məzun olub. Kifayətin arzusu Bakı Dövlət Universitetinə qəbul olunmaqdır.


“Yenicag.az” saytının direktoru Aqil Ələsgərin oğlu Amin Fərəcov üçün də bu gün son zəng çalınıb.
 


Telejurnalist, Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin redaktoru Könül Rəhim "Son zəng" gününü ilk dəfə valideyn kimi yaşayanlardandır. Onun övladı Mikayıl Șıxılı Sumqayıt şəhərindəki  Humanitar və təbiət-riyaziyyat təmayüllü "İstedad" liseyindən məzun olur.


"Aznews.az”ın baş redaktoru Taleh Şahsuvarovun oğlu Özgür Şahsuvarlı məzun adını 49 saylı "İntellekt" məktəb-liseydən qazanıb. Özgürün hədəfi bu il ali məktəb tələbəsi olmaqdır.


"CBC Sport" telekanalının aparıcısı Pərviz Musayevin oğlu Osman Musayev 160 saylı Klassik Gimnaziyadan məzun olub.


Dövlət Məşğulluq Agentliyinin Kommunikasiya departamentinin müdiri Mayis Musayevin oğlu Məhəmməd Musayev də elə həmin ümumtəhsil ocağını - 160 saylı Klassik Gimnaziyanı başa vurub.


İqtisadiyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı İlkin Ağayevin oğlu Turqay Ağayev bu il orta məktəbə "əlvida" deyən məzunlardandır.


"Azedu.az" təhsil portalının redaktoru Ləman Novruzovanın qardaşı 11-ci sinifdən məzun olub.


"Bakivaxtı.az” xəbər portalının təsisçisi İqbal Alısoyun iki övladı - Duyğu Alısoy və İsmayıl Alısoy orta məktəbi başa vurublar.


"Qafqazinfo.az" saytının redaktoru Gülşən Raufqıznın övladı Gülnur məzun adını qazanmaqla valideynlərinə sevinc yaşadıb. 

Chosen
93
8
manset.az

10Sources