EN

İraq İsraili BMT-yə şikayət etdi

İraqın Baş naziri Məhəmməd Şia əs-Sudani İsrailin İraq hava məkanından hücumlarda istifadə etməsinə qəti şəkildə qarşı olduqlarını bildirib və İsraili BMT TŞ-yə şikayət etdiklərini açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə İraq Nazirlər Kabinetinin mətbuat xidmətinin yazılı açıqlamasında bildirilib.

Qeyd edilib ki, Sudani ABŞ-ın Bağdaddakı müvəqqəti işlər vəkili Stiven Faqin və terror təşkilatı İŞİD-ə qarşı beynəlxalq koalisiyanın komandiri general-mayor Kevin Lihi ilə İrana hücumu müzakirə edib.

Baş nazir Sudani görüş zamanı İrana hücumun açıq şəkildə beynəlxalq hüququn pozulması olduğunu qeyd edib və bunun təkcə regional deyil, həm də qlobal təhlükəsizliyi təhdid edən təcavüz aktı olduğunu bildirib.

Chosen
17
1
axar.az

2Sources