EN

Qazaxıstan vətəndaşları İrandan Azərbaycana təxliyə olunublar - Səfirlik

Azərbaycan xarici vətəndaşların İrandan təxliyəsinə vasitəçilik göstərməyə davam edir.

Day.Az xəbər verir ki, Qazaxıstanın Bakıdakı səfirliyindən Trend-ə bildirilib ki, Qazaxıstan vətəndaşları "Astara" sərhəd-buraxılış məntəqəsindən Azərbaycan ərazisinə daxil olublar.

"Raket hücumları zamanı Tehranda olan altı Qazaxıstan vətəndaşı Azərbaycanın quru sərhədi ilə təxliyə olunublar. Onunların təxliyə olunmasına Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi vasitəçilik edib",- diplomatik nümayəndəlikdən bildiriblər.

Qeyd edək ki, bir sıra xarici dövlətlər Azərbaycan hökumətindən öz vətəndaşlarının İrandan təxliyəsi və Azərbaycan ərazisindən keçməklə vətənlərinə qayıtmalarına köməklik göstərməyi xahiş ediblər.

Chosen
11
25
day.az

10Sources