EN

NATO komandanı: Biz müharibəyə hazır deyilik 

NATO-nun XXI əsrin əsl döyüş qüvvəsinə çevrilməsi üçün böyük modernləşməyə ehtiyacı var.

Ölkə.az  xəbər verir ki,  bunu NATO-nun Müttəfiqlərin Transformasiya üzrə Ali Baş Komandanı admiral Pierre Vandieu  “Business İnsider”-ə müsahibəsində deyib.
Onun fikrincə, Alyansa bərabər düşmənə qarşı simmetrik münaqişəyə hazırlaşaraq itirilmiş vaxtı kompensasiya etməlidir.
“Biz simmetrik müharibənin bütün əsas prinsiplərini unutmuşuq, ona görə də bura yenidən investisiya qoymalıyıq”, -admiral qeyd edib.

O əlavə edib ki, Rusiyanın 2022-ci ildə Ukraynaya müdaxiləsi NATO üçün həyəcan siqnalı idi. 
Vandieu onu da bildirib ki, hazırda NATO-nun  yeni tələblərə  uyğun şəkildə formalaşması istiqamətində işlər lazımı tempdə sürətli getmir:
"Bu, sürət məsələsidir. Əgər NATO hazır olmadan döyüşlər başlasa, ciddi problemlərimiz olacaq".

Mürtəza
Ölkə.az

Chosen
17
1
olke.az

2Sources