EN

Məqsəd və Zebli "Zirə"dən getdi - rəsmi

“Zirə” iki futbolçu ilə yollarını ayırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı müdafiəçi Məqsəd İsayev və 27 yaşlı yarımmüdafiəçi Pyer Zebliylə klub arasında imzalanmış müqavilə başa çatıb.

“Zirə” hər iki futbolçuya kluba göstərdiyi xidmətə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Məqsəd və Zebli 2023-cü ilin yayından paytaxt təmsilçisinin formasını geyirdi.

Xatırladaq ki, "Zirə" bunadək Rüstəm Əhmədzadə ilə də yollarını ayırıb.

Chosen
37
2
football-plus.az

3Sources