EN

Bakıdakı Dünya kubokunun ikinci günü

Bakıda akrobatika üzrə Dünya kuboku davam edir.

İdman.biz xəbər verir ki, yarışda yeddi ölkədən - Azərbaycan, Çin, Almaniya, Ukrayna, Qazaxıstan, Hindistan və Özbəkistandan 63 idmançı iştirak edir.

Azərbaycan komandasının heyətində Raziyə Seyidli - Ağasif Rəhimov, Milana Əliyeva - Sabir Ağayev qarışıq cütləri, Murad Rəfiyev - Daniel Abbasov kişilər dueti, Rəsul Seyidli, Riad Səfərov, Seymur Cəfərov və Abdulla Əl-Meşaihidən ibarət kişilər qrupu, həmçinin Nəzrin Zeyniyeva, Anahita Bəşirli və Zöhrə Rəşidovadan ibarət qadınlar qrupu yer alıb.

Yarışın ikinci günündə iştirakçılar balans və temp kompozisiyaları ilə çıxış edəcəklər.

İdman.biz

Chosen
32
4
idman.biz

10Sources