EN

Məşhur brendlərin ölkəni tərk etməsi ilə bağlı yayılan xəbərlər təkzib olundu – Elnur Kələntərovdan açıqlama » AzadMedia.az


Son günlər bəzi xəbər saytlarında "Sevimli dad" brendinin fəaliyyətini dayandırdığına dair yayılan məlumatlar ictimaiyyətdə çaşqınlıq yaradıb. Lakin bu iddialar rəsmi olaraq təkzib olunub.

Azera Holdinq şirkətlər qrupuna daxil olan "Azemal" şirkətinin nümayəndəsi Elnur Kələntərov sosial şəbəkədə məsələyə aydınlıq gətirib. O bildirib ki, "MilkPro" MMC ləğv edilsə də, bu, brendlərin fəaliyyətinə təsir etməyib:
“Dostlar, bəzi saytlarda yayılan məlumatlar məndə təəssüf doğurub. Yazırlar ki, 'Sevimli dad' bağlanıb və s. Bir daha təkrar etmək istəyirəm ki, 'MilkPro' MMC ləğv edilib. Amma, 'Sevimli dad' və 'MilkPro' brendləri altında süd məhsulları Azera Holding şirkətlər qrupuna daxil olan Azemal şirkəti tərəfindən bu ilin əvvəlindən istehsal olunur.”

Elnur Kələntərov qeyd edib ki, zavod tam gücü ilə fəaliyyət göstərir və istehlakçılara keyfiyyətli, ekoloji təmiz süd məhsulları təqdim etməyə davam edir. O, ictimaiyyəti əsassız və yoxlanılmamış məlumatlara inanmamağa çağırıb.
Chosen
35
2
azadmedia.az

3Sources